Cəmiyyət

Əmircanda bir əsrdən çox yaşı olan binada təhlükə – VİDEO

Sharing is caring!


Sınıq pilləkənlər, dağılmış tavan və hər an çökmə təhlükəsi ilə üz-üzə qalan eyvan.

Xezerxeber.az xəbər verir ki, söhbət Suraxanı rayonu Əmircan qəsəbəsi Zahid Əliyev küçəsində yerləşən binadan gedir. Sakinlər deyirlər ki, 133 ildən çoxdur tikilən binada qorxa-qorxa yaşayırlar. 

Sakinlər binanın qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Hətta Fövqəladə Hallar Nazirliyi üç il əvvəl binaya baxış keçirib və kəskin qəzalı olması ilə bağlı akt da tərtib edilib.

Məsələ ilə bağlı Suraxanı rayonu İcra Hakimiyyətindən bildirilib ki, mövcud durumdan xəbərdardırlar.

Daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir