Cəmiyyət

“Yaşıl dərə”nin işıq dərdi – FOTO

Sharing is caring!


Sumqayıtın “Yaşıl dərə” yaşayış massivinin sakinləri davamlı elektrik enerjisi ala bilməməkdən şikayətlənirlər.

Oxu.Az-a müraciət edən sakin Pərviz Abbasov bildirir ki, üç saatdır işıqları kəsilib:

“Bir azca külək, yağış oldusa, işıq xətləri sıradan çıxır. Yayda yüklənmədən kondisionerlər işləmir, qışda da zəif külək bəs edir ki, işıqsız qalaq. Ərazidəki transformatorlar bu qədər evə enerji ötürməyə kifayət etmir. Qışda isə üzə çıxır ki, xətlər də yararsızdır. Ərazidə baş vermiş qəza üzündən saatlardır yenə işıqsızıq. İşıq idarəsinin qaynar xətləri isə cavab vermir. Ancaq dərdimizi icra hakimiyyətinin qaynar xəttinə deyə bilirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir