Cəmiyyət

Ölkə ərazisində qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – VİDEO

Sharing is caring!


“Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, küləyin maksimal sürətinin bəzi yerlərdə 27-32 m/san-dək çatacağı gözlənilir:

“Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək”.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında da yağıntılı hava şəraiti dekabrın 18-i səhərədək davam edəcək. Bəzi yerlərdə intensiv olacağı, 17-i gecəyə doğru, 17-dən 18-ə keçən gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimal olunur.

Bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı yerlərdə, əsasən Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində, Balakən, Şəki, Quba, Xaçmaz, Lənkəran, Astara zonasında yağıntıların intensiv olacağı ehtimal olunur.

18-i gündüz saatlarından Bakıda və Abşeron yarımadasında və bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi gözlənilir.

Dekabrın 19-u və 20-də ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir