Cəmiyyət

Bakıda mikroavtobus kanala düşüb – FOTO

Sharing is caring!


Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb.

APA xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb.

Nazir Mansurovun idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobus şəhər istiqamətində hərəkət edərkən kanala düşüb. Sürücü xəsarət almayıb və nəqliyyat vasitəsində tək olub.

Avtomobil kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir