Cəmiyyət

Sumqayıtda dəhşətli qəza: Polis nəfəri həlak olub, xəsarət alanlar var – YENİLƏNİB + FOTO

Sharing is caring!


Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, KIA və BMW markalı avtomobillər toqquşub.

Nəticədə BMW markalı şəxsi avtomobildəki sərnişin, polis nəfəri, 1990-cı il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib.

Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

00:47

Sumqayıtda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində BMW və “Toyota” markalı avtomobillər toqquşublar.

Hadisə nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirirlir-red) ölüb, daha iki nəfər – 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir