Cəmiyyət

Sabah Bakıya sulu qar yağacaq – PROQNOZ

Sharing is caring!


Ölkə ərazisində dekabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Səhərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, gecəyə doğru isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq.

Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir