Cəmiyyət

MİDA-nın aparat rəhbəri: “Güzəştli mənzil əldə etmək üçün altı mindən çox vətəndaş müraciət edib”

Sharing is caring!


Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri üzrə güzəştli mənzillərin seçimi üçün müraciət edən vətəndaşların sayı altı mindən çox olub.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı deyib.

O bildirib ki, bu gün ümumilikdə 432 mənzilin seçimi baş tutub. Son göstəricilərə əsasən, 387 mənzilin seçim ərizəsi təqdim edilib. Seçim edən digər vətəndaşlar isə ərizələrini növbəti günün sonuna kimi təqdim etməlidirlər.

Fərman Qurbanlı əlavə edib ki, seçim prosesi zamanı əyani olaraq hər hansı bir müdaxilə müşahidə edilməyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir