Cəmiyyət

Yeni il çadırları qurulacaq? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!


“Bakıda Yeni il ilə əlaqədar metro stansiyaların çıxışında bayram çadırları quraşdırılmayacaq”.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Ticarət Departamentindən məlumat verilib.

Qeyd edilib ki, bu il Yeni il məhsullarının satılması üçün nəzərdə tutulan ənənəvi bayram çadırlarının quraşdırılmaması haqqında qərar verilib.

Xatırladaq ki, hər il Yeni il, Novruz bayramı, həmçinin yeni tədris ili ərəfəsində Bakıda metro stansiyaların çıxışlarında aidiyyəti məhsulların satışı üçün çadırlar quraşdırılırdı.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir