Cəmiyyət

Azərbaycan meşələrində qəhvəyi mərmər bağacığı yayılıb

Sharing is caring!


Son illərdə ölkənin meşə ərazilərində, xüsusən də şimal-qərb bölgəsində, əsasən, qəhvəyi mərmər bağacığı deyilən zərərverici yayılıb və onların sağlam ağaclara zərər verməsi müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda bütün regionlar üzrə meşə sahələrində qabaqlayıcı tədbirlər görülür:

“Meşələrin zərərverici və xəstəlik törədicilərindən qorunması, bioloji baxımdan davamlılığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə meşə fondu və digər yaşıllıq ərazilərdə monitorinqlər keçirilib, 673 hektardan artıq meşə fondu torpağında aqrotexniki, kimyəvi və mexaniki işlər aparılıb. Həşəratların yayıldığı ərazilər mexaniki vasitələrlə lokallaşdırılır. Meşələrin zərərvericilərdən qorunması istiqamətində müayinə və müşahidə işləri davam etdirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir