Cəmiyyət

İsa Həbibbəyli: “Hazırda Azərbaycan tarixinin inkişaf konsepsiyası və mərhələləri üzərində iş gedir”

Sharing is caring!


“Sosializm, kommunizm sözləri dərsliklərdən çoxdan silinsə də, o dövrdə formalaşdırılmış modellər, sxemlər hələ də elmi-tədqiqat əsərlərində, orta məktəb kitablarında yaşamaqda davam edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu günə qədər orta və ali məktəblərdə keçirilən humanitar fənlərdə tarixin, cəmiyyətin dövrləşmə prosesində Karl Marksın nəzəriyyəsi əsas götürülür:

“Əlbəttə, Marksın adı çəkilməsə də, nəzəriyyəsi var. Bu nəzəriyyə Avropa ölkələri üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyətinin reallıqları dövlətin başqa formada təsvir olunmasını tələb edir. Marks nəzəriyyəsi, tarixin belə dövrlərə bölünməsi müstəqil Azərbaycanın maraqlarına uyğun deyil. Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var və akademiya olaraq buna başlamağı özümüzə borc bilmişik. Artıq Azərbaycan ədəbiyyatının dövrlərdə konsepsiyası və inkişaf mərhələləri orta məktəb və akademik tədqiqatlarda əksini tapıb”.

İ.Həbibbəyli əlavə edib ki, yeni inkişaf mərhələləri hazırlanarkən azərbaycançılıq prosesi, dünya sivilizasiyalarının inkişaf mərhələləri, dövlətçilik tarixi və real ədəbi proseslər nəzərə alınıb:

“Hazırda Azərbaycan tarixinin inkişaf konsepsiyası və mərhələləri üzərində iş gedir. Azərbaycan incəsənətinin inkişaf mərhələləri müzakirə prosesindədir. Bunlar dərsliklərdə də öz əksini tapmalıdır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir