Dünya

Həbib Nurməhəmmədov Maskı Zukerberqə qarşı hazırlaşdırmaqdan imtina edib

Sharing is caring!


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov “Twitter”ın sahibi, milyarder İlon Maskı məşq etdirməkdən imtina edib.

Mənbə iddia edir ki, İlon Mask Rusiyalı döyüşçüyə müraciət edib və onu “Meta” rəhbəri Mark Zukerberqə qarşı döyüşə hazırlaşdırmağını istəyib. Lakin rusiyalı bu təklifdən imtina edib.

Qeyd edək ki, “Meta”nın rəhbəri Mark Zukerberqlə “Twitter”ın sahibi İlon Mask “qəfəs döyüşü”ndə vuruşmaq barədə razılığa gəliblər. Artıq  dünyanın ən məşhur texnologiya milyarderləri bunun üçün fərdi məşqlərə də başlayıblar. Lakin tərəflər hələlik görüşün tarixini və yerini müəyyənləşdirməyiblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir