Cəmiyyət

Xaricdə Təhsil üzrə Dövlət Proqramına qəbul olanlar hansı ölkələri seçiblər? – Nazir AÇIQLADI

Sharing is caring!


“2022-2026-cı illər üzrə Xaricdə Təhsil üzrə Dövlət Proqramına qəbul olanların sayı artıb”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2022-2023-cü illər üzrə 336 nəfər, 2022-2024-cü illər üzrə isə 717 nəfər Xaricdə Təhsil üzrə Dövlət Proqramına qəbul olub:

“Qəbul olanların 393 nəfəri (55 faiz) Böyük Britaniya, 84 nəfəri Türkiyə (12 faiz), 73 nəfəri ABŞ (10 faiz), 43 nəfəri Almaniya (6 faiz), 124 nəfəri (17 faiz) isə digər ölkələrdə təhsil almağı seçib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir