Cəmiyyət

Bakının Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsi əsaslı təmir edilir – FOTO/VİDEO

Sharing is caring!


Prezident İlham Əliyevin Bakının Pirallahı rayonundakı avtomobil yollarının yenidən qurulmasının davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsini əsaslı təmir edir.

Bu barədə agentlikdən bildirilib.

Məlumata görə, 1,3 km uzunluğa, ortalama 5 metr enə malik sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olub, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etməyib. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Təmir işləri çərçivəsində kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq.

Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir