Cəmiyyət

Zaqatalada qarın hündürlüyü 24 santimetrə çatıb – FAKTİKİ HAVA

Sharing is caring!


Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Saat 10:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Oğuzda 22 mm, Qəbələdə 21 mm, Göyçay, Mingəçevirdə 20 mm, Kürdəmir, Balakəndə 19 mm, Biləsuvar, Şəkidə 18 mm, Qax (Sarıbaş), Neftçala, Yevlax, Gədəbəydə 16 mm, Zaqatala, Qobustanda 15 mm, Şərurda 14 mm, Lənkəranda 13 mm, Astara, Sabirabad, Naxçıvan, Ordubadda 12 mm, Lerik, İmişlidə 11 mm, Zərdabda 10 mm, Gəncə, Göytəpə, Tərtər, Yardımlı, Şahbuzda 9 mm, Göygöl, Ağdam, Beyləqan, Culfa, Sədərək, Şabran, Şahdağ, Xaltan, Bərdə, Cəfərxan, Qrız, Qusar, Şamaxı, Altıağac, Ceyrançöl, Ağstafa, İsmayıllı, Şəmkir, Naftalanda 7mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 11 mm, Bakı, Maştağa, Pirallahıda 10 m, Binədə 7 mm-dək olub.

Əlibəydə (Zaqatala) 24 sm, Daşkəsəndə 9 sm, Gədəbəy, Şahdağda 5 sm, Qrızda 1 sm qar örtüyü əmələ gəlib.

Naftalan, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Yevlax, Göyçay, Beyləqan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Xaltan, Lerik, Sumqayıt, Çilov adasında duman müşahidə olunub.

Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcəyi, dekabrın 15-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir