Cəmiyyət

1200 manatın yığılmasına iki gün qalıb: Oğlu serebral iflic olan anadan yardım ÇAĞIRIŞI – FOTO

Sharing is caring!


“Hüseyn tamamilə sağlam doğulub. Bir yaşı olanda yıxılıb və başını ciddi şəkildə yaralayıb. O vaxtdan bəri xəstədir: yeriyə, otura, başını saxlaya, danışa bilmir, praktiki olaraq heç nə görmür, qıcolmalardan əziyyət çəkir”.

Bu sözləri Bakı sakini Cəmilə Bədəlova uşaq serebral iflicindən (USİ) əziyyət çəkən oğlu Hüseynin müalicəsinə kömək üçün Media.Az-ın redaksiyasına müraciətində bildirib.

Onun sözlərinə görə, iranlı həkimlər ümid veriblər ki, müalicədən sonra yeddi yaşlı uşaq yeriyə biləcək… Tənha ana oğlunun İranda müalicəsi üçün lazım olan məbləğin demək olar ki, hamısını toplayıb, həmçinin dekabrın 15-nə bilet alıb. Lakin 1200 manat çatışmır.

“Bakıda omba oynağından 3500 manata əməliyyat olunub. Bundan sonra mərhəmətli insanlar İrana getməyimə kömək etdilər, orada Hüseyn müayinə olundu. Həkim bizə ümid verdi ki, oğlumuzun yerimək şansı var. Lakin bunun üçün hər üç aydan bir orada xüsusi müalicədən keçmək lazımdır. Bilet və qalma ilə belə bir səfər 4000 manata başa gəlir. Dekabrın 15-də İrana uçuruq. Kömək üçün yenidən mərhəmətli insanlara müraciət etdim, amma təəssüf ki, məbləğ tam yığılmadı. 1200 manat çatışmır”, – deyə qadın bildirib.

O, kirayədə yaşadıqlarını və uşağını tək böyütdüyünü qeyd edib.

“Oğlumuzun xəstəliyindən sonra ərim bizi tərk etdi. Paytaxtda 170 manata kirayədə qalıram. İşləmirəm, çünki uşağı əmanət edəcəyim heç kimim yoxdur, çünki o, tamamilə köməksizdir.

Sizdən xahiş edirəm, bütün məbləği toplamaqda bizə kömək edin ki, müalicə üçün gedə bilək, əks halda biletlərimizi qaytarmalı olacağıq. Mən sadəcə çarəsizəm. Bir vaxtlar anamın hədiyyə etdiyi sırğaları bu gün 190 manata satdım. Daha nə edəcəyimi bilmirəm”, – deyə Hüseynin anası göz yaşları içində bildirib.

Redaksiya heyəti olaraq hər kəsi balaca Hüseynin probleminə anlayışla yanaşmağa və bacardıqları qədər kömək etməyə çağırırıq.

Əlaqə telefonu: (051) 956-26-34.

Bank kartı nömrəsi: 4169 7388 8606 7549.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir