Cəmiyyət

Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

Sharing is caring!


Bu gün saat 7:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqəlik gecikmə qeydə alınıb.

Oxu.Az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Pirşağı dəmiryol stansiyasının yaxınlığında işarəvermə və rabitə xidmətində nasazlığın yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

“Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir”, – deyə ADY-nin məlumatında qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir