Cəmiyyət

Bulvarda “Ayselini axtaran” şəxs indi də su kanalını zibillədi – VİDEO

Sharing is caring!


Bərdə rayonunda su kanalına zibil atılıb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, bir nəfər torbada olan zibilləri Yuxarı Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsinə boşaldıb.

Həmin görüntüləri lentə alaraq, “balıqlarımız bu zibillərlə yaxşı səhər yeməyi yeyir”, – deyə qeyd edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, görüntülər Bərdə Rayon Polis Şöbəsində araşdırılıb:

“Həmin şəxsin kimliyi müəyyən edilib. Onun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olması nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”.

Qeyd edək ki, hadisəni törədən şəxs bir müddət əvvəl Dənizkənarı Milli Park ərazisində “Ayselim” qışqıraraq nalayiq ifadələr işlətmişdi.

Həmin vaxt da o, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir