Cəmiyyət

Bakıda avtomobil iki qadını vurdu, biri öldü

Sharing is caring!


Bakıda avtomobil iki qadını vurub, biri ölüb.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, Rauf Rüstəmov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçməyə çalışan piyadalar – 1948-ci il təvəllüdlü Hüseynova Sara Abdulla qızını və Fərzəliyeva Sevil Abbas qızını vurub.

Nəticədə S.Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, Sara Hüseynova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir