Cəmiyyət

Bakıda qəza törədən avtomobil işıq dirəyini aşırıb, xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Badamdar şossesində qeydə alınıb.

Belə ki, “Honda” və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub.

Sükana nəzarəti itirən “Honda” markalı minik avtomobilinin sürücüsü maşını yolayrıcındakı işıq dirəyinə çırpıb.

Zərbənin təsirindən işıq dirəyi yerindən qopub, yol infrastrukturuna ziyan dəyib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Avtomobillərin yoldan götürülməsi təmin edilib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir