Cəmiyyət

Sumqayıtda yanğın: Tüstüdən zəhərlənən var

Sharing is caring!


Sumqayıtda ikimərtəbəli evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 150 kvadratmetr) olan ikimərtəbəli 11 otaqlı evin ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir