Cəmiyyət

Məktəblilər yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında uğur qazanıblar

Sharing is caring!


 Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri üç gümüş və bir bürünc olmaqla ümumilikdə dörd medal qazanıblar.

Belə ki, Bakı şəhəri Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Rəsul Ağakişiyev gümüş medal, Bakı şəhəri Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Dilarə Yaqublu isə bürünc medal əldə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir