Cəmiyyət

Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Rəşid Behbudov prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Əsas yola gözləmədən daxil olan “Chevrolet” markalı minik avtomobili hərəkətdə olan digər “Toyota” və “Honda” markalı maşınlara çırpılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadası çağırılıb. Yaralıya yerində yardım göstərilib. Avtomobillər yoldan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qəzanın səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir