Cəmiyyət

Goranboyda 15 yaşlı oğlan bələdiyyə binasından yıxılaraq ölüb

Sharing is caring!


Goranboyda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir