Cəmiyyət

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçirilib

Sharing is caring!


Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü il dekabrın 10-da Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan saat 11:00-da başlanıb və üç saat davam edib.

İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırıq təqdim olunub. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı bir (bir) bаllа qiymətləndirilir.

İmtahan Bakı şəhərində bir binada keçirilib. İmtahanın idarə olunmasına bir ümumi imtahan rəhbəri, iki imtahan rəhbəri, 18 nəzarətçi-müəllim, üç buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan nəticələrinin yaxın iki gün ərzində elan olunması nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir