Cəmiyyət

Vasitəçisiz də keçinmək mümkündür

Sharing is caring!

Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib. Ərazi bütövlüyümüzü bərpa etməkdə günahlandıranlar 10 milyonluq Azərbaycan xalqının əleyhinə danışırlar. Qərəzli danışanlar Qafqazdakı vəziyyəti yanlış şərh edir, dağıntılara və soyqırımına gözlərini yumurlar.

Prezident İlham Əliyev cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışında belələrinə tutarlı cavablar ünvanlayıb. Prezident deyib ki, Avropa Parlamentində bir qrup məsuliyyətsiz insan var ki, onlar özlərini manyak kimi aparırlar. Anti-Azərbaycan orkestrinin təşkilatçıları digər insanların düşüncələrinə təsir göstərirlər, onların beyinlərini “yumağa” çalışırlar. Onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji durumundan kənardır.

. Keçən il oktyabrın 6-da Praqada keçirilən görüşdə Ermənistanın baş naziri rəsmi surətdə Qarabağı Azərbaycan ərazisi olaraq tanıdı. Odur ki, Praqa görüşünün nəticəsi müsbət kimi qəbul edilə bilər. Praqa görüşündən cəmi bir həftə sonra Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına və bizim gördüyümüz işlər barəsində müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi.

Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, “Moskva istiqaməti” adlandırdığımız xarici işlər nazirləri arasında müzakirələr mövcuddur. ABŞ Konqresində məşhur dinləmələr baş tutana qədər “Vaşinqton istiqaməti” adlanan proses var idi ki, xarici işlər nazirləri Vaşinqtonda görüşürdülər. Ancaq, Vaşinqton istiqaməti artıq aktual deyil.

Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli format ola bilər. Vasitəçilik hər iki tərəfin izah edə bilmədiyi bəzi ideyaların vasitəçi tərəfindən işlənib hazırlanması baxımından faydalı ola bilər. Beləliklə, vasitəçilik prosesi başa çatsa, bu, ikitərəfli formatda olacaq.

İki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır. Əgər rəsmi İrəvan saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır. Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Biz ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, yaxud həmin məsələ ümumiyyətlə qeyd olunmur.

Ermənistanın ərazi bütövlüyünü sual altına çəkməkdə bizim daha çox tarixi, siyasi və qanuni hüquqlarımız var. Lakin biz istəyirik ki, gələcəkdə Azərbaycana potensial risk yaranmasın. Fransanın Ermənistana heç kəsin almaq istəmədiyi zirehli maşınların təchiz olunmasını müşahidə edirik. Onlar bizə hər hansı təhlükə ehtiva etmir. Lakin əgər görsək ki, zərərli ola biləcək hər hansı ciddi qurğu olarsa, biz cavab verməli olacağıq.

Maşalla Əliyev,

Qarabağ Qaziləri İctimai Birliyinin Cəlilabad rayon filialının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir