Cəmiyyət

Direktor: “Ağalıda torpağına bağlı, vətənini, xalqını sevən nəslin yetişəcəyinə inanırıq” – FOTO

Sharing is caring!


“Ağalıda öz torpağına bağlı, vətənini, xalqını sevən nəslin yetişəcəyinə inanırıq”.

Bunu “Report”un Zəngilana ezam olunan əməkdaşına Zəngilan rayonu Ağalı kənd məktəbinin direktoru Nərmin Həsənova deyib.

O bildirib ki, Ağalıya köç etdikdən sonra məktəbdə pedoqoji fəaliyyətə başlayıb: “Ağalı məktəbinə direktor təyin olunmaq xəbəri həyatımda kəndə qayıdışımızdan sonra aldığım ikinci ən xoş xəbər oldu. Öz doğma yurdumuza qayıtmaqla yanaşı burada pedoqoji fəaliyyətə başlamaq mənə həm sevinc, həm də qürur bəxş etmişdi. Elm və Təhsil Nazirliyindən gələn xəbər eyni zamanda o demək idi ki, biz işğaldan azad olunmuş ərazilərdə ilk təhsil ocağının yaradılmasının canlı şahidləriyik”.

Direktor təhsil ocağının fəaliyyəti və görülən işlərdən də bəhs edib: “Hazırda məktəbə qədər hazırlıq da daxil olmaqla 11-ci sinifə qədər təhsil ocağında 141 şagird tədris prosesinə qoşulub. Ağalıya köç davam etdikcə, təbii ki, şagirdlərimizin sayı da günü-gündən artacaq. Məktəbdə gənc proqramistlər, bacarıqlı əllər kimi dərnəklər fəaliyyət göstərir, eyni zamanda burada şagirdlər cüdo, boks və şahmatla da məşğul olurlar. Bir sözlə şagirdlərin asudə vaxtını daha faydalı keçirməsi üçün məktəbdə hər cür şərait yaradılıb”.

N.Həsənova vurğulayıb ki, Ağalıda öz torpağına bağlı, vətənini, xalqını sevən nəslin yetişəcəyinə inanır: “Biz də kəndin müəllimləri olaraq bu uğurda əlimizdən gələni edəcək və əbədi olaraq öz torpaqlarımızda yaşayıb yaradacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir