Cəmiyyət

Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb – FOTO

Sharing is caring!


Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində fəaliyyət göstərən fiziki şəxs Rövşən Afiq oğlu Məmmədova məxsus stomatoloji klinikada sahibkarın müraciəti əsasında keçirilmiş yoxlama tədbirləri zamanı rentgen aparatının istismarı ilə əlaqədar radiasiya təhlükəsizliyi tələblərinin pozulması faktı aşkar edilib.

Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan stomatoloji klinikada istifadə edilən rentgen aparatının istismarı dayandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir