Cəmiyyət

Şəhid qızı Şuşada məktəbə direktor təyin edildi

Sharing is caring!


Qəbələ rayonu ərazisində fəaliyyət göstərən 24 nömrəli Şuşa məktəbinə rəhbərlik edən Səbinə Mikayıl qızı Gözəlova işğaldan azad olunmuş şəhərdə birinci tikilib istifadəyə verilən və bu il açılışı olan Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, S.Gözəlova Şuşa şəhərinin keçmiş icra başçısı olmuş Mikayıl Gözəlovun qızıdır. M.Gözəlov Şuşanın və Qarabağdakı digər yaşayış məntəqələrinin müdafiəsində mühüm rol oynayıb. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin ermənilərdən azad edilməsi əməliyyatına rəhbərlik edib. 1991-ci ilin dekabrın 11-də Şuşadakı iş otağında güllələnərək öldürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir