Cəmiyyət

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin müdir müavini vəfat edib – FOTO

Sharing is caring!


Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin direktor müavini Bayram Məmmədov vəfat edib. ​

Bununla bağlı Oxu.Az-a BDU-dan məlumat verilib.

Qeyd edilib ki, Bayram Məmmədov 1949-cu ildə Bakıda anadan olub. 1973-cü ildən 2019-cu ilə qədər BDU-da Yaradıcılıq klubunun müdiri vəzifəsində çalışıb. 2019-cu ildə klub Mədəniyyət-Yaradıcılıq Mərkəzi statusu alandan direktor müavini vəzifəsini icra edib, BDU-da tələbələrin sosial fəallığının artırılmasında mühüm xidmətlər göstərib.

Universitet kollektivinin, xüsusən müəllim və tələbələrin sevimlisi olan Bayram Məmmədov işində məsuliyyətli, qayğıkeş insan olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir