Cəmiyyət

Həkim: “Peyvəndin birinci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdırlar”

Sharing is caring!


“Peyvənd üçün müraciət edən uşaq son üç gündə qızılca xəstəsi ilə sıx təmasda olubsa və peyvənd göstərişi varsa, 72 saat ərzində vaksinasiya ola bilər”. 

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda qızılca haqqında danışarkən deyib.

Həkim bildirib ki, qızılcaya yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq uşaqlar 1 və 6 yaşlarında 2 dəfə peyvənd olunmalıdırlar:

“Müəyyən səbəblərdən peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdırlar. Uşaqlarımız 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Bir sıra səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar mütləq peyvəndin 2-ci dozasını almalıdırlar. Bəzi hallarda isə peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar var. Belə halda minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozası vurulmalıdır.

Valideynlərin nəzərinə çatdırım ki, övladlarının vaksinasiyası üçün yaşayış yeri üzrə uşaqlara ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir