Cəmiyyət

Dəhşətli qəzada ölən qadının kimliyi müəyyənləşdi – VİDEO

Sharing is caring!


Bakının Xətai rayonu, 8 Noyabr prospektində Dursunəli İsmayılov idarə etdiyi KIA markalı avtomobillə yolu keçən piyada 1952-ci il təvəllüdlü Lyüdmila Əliyevanı vurub.

“Report”un məlumatına görə, L.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, dünən DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb. Görüntülərdə Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir