Cəmiyyət

Gələn il təhsilə nə qədər pul xərclənəcək? – VİDEO

Sharing is caring!


“Son üç ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb. Bu dövr ərzində 275 məktəbin tikintisi və ya əsaslı təmiri aparılıb”. 

Bunu Baş nazir Əli Əsədov dekabrın beşində keçirilən parlamentin plenar iclasındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsaitin ayrılacağı proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2% çoxdur:

“Strategiyada “Təhsil” bölməsinin doqquz fəaliyyət istiqaməti üzrə 17 tədbirin 2024-cü ildə həyata keçirilməsi ilə bağlı xərclər üçün 247 milyon manat və ya 32% çox vəsait nəzərdə tutulub. Bu tədbirlər təhsilin bütün istiqamətlərini əhatə edir. Bir neçə gün əvvəl (28 noyabr) dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir”.

Ə.Əsədov bildirib ki, hazırda IV Sənaye İnqilabı dövründə süni intellekt, yüksək texnologiyalar və rəqəmsal transformasiyaların təsiri altında bütün dünyada, həmçinin Azərbaycanda əmək bazarında yeni, tam fərqli vəziyyət yaranır:

“Ölkədə müasir biliklərə malik yüksəkixtisaslı mütəxəssislərin, innovativ texnologiyaları mənimsəyən rəqabətqabiliyyətli kadrların hazırlanmasının vacibliyini nəzərə alaraq bu istiqamətdə zəruri dəstək artırılacaq”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir