Cəmiyyət

Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq

Sharing is caring!


Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Corat qəsəbəsində 1000-lik şkaf tipli qaz tənzimləyici məntəqə quraşdırılacaq və Corat bağlarında çəkilmiş diametri 108 mm olan küçə qaz xətti mənbəyə qoşulacaq. Bununla əlaqədar 6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər diametri 530 mm olan “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq.

Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək.

Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir