Cəmiyyət

DYP yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri cərimələyib

Sharing is caring!


MİDA-nın yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları cərimələyiblər.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, MİDA-nın yaşayış kompleksinin sakinlərinin (050) 800-09-02 “WhatsApp” nömrəsinə gələn çoxsaylı müraciətləri əsasında qeyd olunan ərazidə nəzarət-profilaktiki tədbirlər həyata keçirilib, yol hərəkəti qaydalarını pozaraq avtomobillərini piyada səkilərində saxlayan sürücülər məsuliyyətə cəlb ediliblər.

Bir daha bütün sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə maneə olmamaları, onların həyatı üçün təhlükə yaratmamaları tələb olunur.

Qeyd olunan ərazidə bundan sonra da mütəmadi olaraq belə tədbirlər həyata keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir