Cəmiyyət

Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb – FOTO

Sharing is caring!


Qusarda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdlü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, beş ədəd patron və daraq aşkar edilərək götürülüb.

Araşdırma zamanı izahatı alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib.

Faktla əlaqədar Qusar Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir