Cəmiyyət

Azad edilmiş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb – FOTO

Sharing is caring!


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 1-dən 30-dək olan müddətdə 247 tank əleyhinə mina, 228 piyada əleyhinə mina, 4 106 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 7 143 hektar ərazi minadan təmizlənib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir