Cəmiyyət

Məzunlar 25 il sonra görüşüblər: 1966-cı ildən nadir görüntülər – VİDEO

Sharing is caring!


1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu olmuş məşhur həkimlərin yubiley görüşünün videosu yayılıb. 

“Qızıl Fond”da saxlanılan həmin görüşün videosu Azərbaycan Televiziyasının “Telesəhər” musiqi-informasiya proqramında yayımlanıb.

Sujetdə bildirilib ki, 1941-ci ilin məzunlarının 25 ildən sonra görüşü təntənə ilə qeyd olunub. 

1966-cı ildə keçirilən həmin görüşdə məşhur məzunlar – uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmiş Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərova, 20 nömrəli poliklinikanın baş həkimi Ruxsarə Abdullayeva, həyatını elmə həsr etmiş tibb elmlər doktoru Nurəli Bünyadov və Azərbaycan SSR əməkdar elm xadimi tibb elmlər doktoru Əhməd Abasquliyev iştirak edib.  

O da qeyd edilib ki, məzunlar əmək fəaliyyətinə çətin şəraitdə başlayıb. Onların həyat yolu hərbi hospitallar və tibb məntəqələrindən keçməli olub. 

Sözügedən görüşdə yubliyarları təbrik edənlər arasında Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa Topçubaşov olub. 

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir