Cəmiyyət

Biləcəri dəmiryol stansiyasındakı çeşidləmə məntəqəsi yenidən qurulur – FOTO/VİDEO

Sharing is caring!


“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Biləcəri stansiyasındakı çeşidləmə məntəqəsi 60 ildən sonra yenidən qurulur.

Bu barədə səhmdar cəmiyyət xəbər yayıb.

“Əməliyyatların səmərəliliyi və təhlükəsizliyinə xüsusi önəm verən ADY həyata keçirdiyi xidmətləri vaxtaşırı olaraq təkmilləşdirir. Təhlükəsiz, etibarlı və dayanıqlı yükdaşıma fəaliyyətinin təşkili üçün 1960-cı illərdə qurulmuş və istismar müddəti bitmiş çeşidləmə məntəqəsində qatarların təhlükəsiz hərəkətini tam təmin etmək məqsədilə əsaslı təmirə başlanılıb. Yenidənqurma işləri çərçivəsində 4 km-ə yaxın yol yenidən qurulacaq, torpaq yatağı təkrar işlənəcək, kommunikasiya qurğuları müasirləşdiriləcək. Yükdaşımaların fasiləsizliyini təmin etmək üçün tikinti işləri mərhələli şəkildə aparılır və qarşıya qoyulmuş planın aprel ayına qədər həyata keçirilməsi nəzərdə tutulub”, – deyə məlumatda qeyd olunub.

Azərbaycana daxil olan tranzit yüklər istisna olmaqla bütün vaqonların çeşidləndiyi Biləcəri çeşidləmə məntəqəsi ADY-nin mühüm strateji obyektlərindən biridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir