Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzində “İncə sənət” adlı proqram təqdim edilib – FOTO

Sharing is caring!


Beynəlxalq Muğam Mərkəzində (BMM) “İncə sənət” adlı proqram təqdim edilib. Poeziya, nəsr, musiqi və rəssamlığı bir araya gətirən tədbirdə zərif cinsin nümayəndəsi olan xanım sənətçilər öz yaradıcılıq nümunələrini, sənət hisslərini tamaşaçılarla bölüşüblər.

Qonaqlar əvvəlcə BMM-nin foyesində istedadlı rəssam Mehriban Şəmsədinskayanın iç dünyasının rəngarəngliyini, ecazkarlığını əks etdirən əsərləri ilə tanış olublar.

Sonra şeir, musiqi və hekayətlər fonunda Pyotr İlyiç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Nazxanım Dadaşova (piano), əməkdar artist Ceyla Seyidova (skripka), yazıçı və şairə, YARAT Müasir İncəsənət Məkanının sosial və maarifləndirici proqramlar şöbəsinin rəhbəri Ülviyyə Axundova (poeziya/nəsr), Nigar Cəfərova (soprano), Elnarə Məmmədova (soprano) və Gülsüm Xəlilova (soprano) fərqli ifaları ilə Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət unudulmaz musiqi gecəsi təqdim ediblər.

  Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir