Cəmiyyət

Xankəndi Pedaqoji İnstitutunun kafedra müdiri: “Ermənistanda təhsil üçün şərait yaradılmırdı” – FOTO/VİDEO

Sharing is caring!


“Xankəndi Pedaqoji İnstitutunda kafedra müdiri olduğum dövrdə həm Azərbaycanlı, həm də erməni tələbələrə eyni yanaşılıb. Hətta erməniəsilli tələbələr elmi dərəcə almaq üçün Bakıya göndərilib, çünki Ermənistanda onların təhsili üçün şərait yaradılmırdı”.

Bunu Azərbaycan Televiziyasına (AzTV) müsahibə zamanı Xankəndi Pedaqoji İnstitutunun keçmiş müəllimi Həmdulla Aslanov deyib.

10 il ali təhsil ocağında dərs deyən müəllim bildirib ki, Xankəndidə üniversitetin açılması bizim üçün çox böyük mədəni hadisədir:

“Qarabağ Universiteti yenidən Qarabağımızın inkişafına böyük töhfə verəcək, uzun illərdən sonra mühazirələrdə tarixi zəfər tədris ediləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir