Cəmiyyət

Azərbaycanəsilli kursant Ukraynada döyüşlərdə yaralanıb – FOTO

Sharing is caring!


Ukraynada Polis Akademiyasının azərbaycanəsilli kursantı İbrahim İsmət oğlu Paşayev Rusiya ordusu ilə döyüşlərdə yaralanıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, əslən Qərbi Azərbaycanın Zəngibasar rayonundan olan, Ukraynanın Xmelnitsk vilayətinin Kamen-Podol şəhərində doğulub böyüyən kursant Donetsk vilayətindəki döyüşlərdə iştirak edirmiş.

Belə ki, müharibəyə könüllü gedən İ.Paşayev kursant olmaqla yanaşı həm də Ukrayna Milli Polisinin Kiyev İdarəsinin əməkdaşıdır.

O, hazırda Kiyevdə hospitalların birində müalicə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir