Cəmiyyət

“Temperatur sənayeləşmə dövrü ilə müqayisədə üç dərəcə artsa, canlı aləmin 20-30 faizi məhv olar” – FOTO

Sharing is caring!


“İqlim dəyişmələrinin qarşısının alınmasının əsas istiqamətlərindən biri istixana qazları emissiyalarının azaldılmasıdır. Məsələn, energetika sektorunda alternativ və bərpa olunan enerji mənbələrinə keçsək, bu sektorda emissiyaların qarşısı alınacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq Əməkdaşlıq və İqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı ilə bağlı orta temperaturun artması onu göstərir ki, yeni quraqlığadavamlı bitki növləri yetişdirilməli, iqlim cəhətdən ağıllı texnologiyalar tətbiq olunmalıdır:

“2100-cü ilə qədər temperatur sənayeləşmə dövrü ilə müqayisədə üç dərəcə artsa, canlı aləmin 20-30 faizi məhv olar. Dünyada hazırda təxminən 60 milyard ton karbon dioksidi ekvivalentində istixana qazı atılır. Bu o vaxt ola bilər ki, 2030-cu ilə qədər atılan emissiyanın miqdarı hazırkı 4,8 trilyon tonu keçsə 1,5 dərəcədən daha artıq istiləşmə baş verəcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir