Cəmiyyət

ANAMA: “Beynəlxalq donorlar minatəmizləmə fəaliyyətinin yalnız beş faizini maliyyələşdirirlər”

Sharing is caring!


“Humanitar minatəmizləmə fəaliyyətini maliyyələşdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Çünki bizim büdcəmizin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir, yalnız beş faizlik bir göstərici beynəlxalq donorlar tərəfindən həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov “Mina təhlükəsi ilə mübarizə: İnnovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki tədbirdə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilər hələ ki hamı üçün əlçatan deyil:

“Bunun səbəbi də partlayıcılardır. Ərazilərdə gözlənilməz, ağlasığmaz yerlərə minalar yerləşdirilib. Yollar, dəmiryolları, vaxtilə salınmış məskunlaşma sahələri minalanıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir