Cəmiyyət

Naxçıvanda kirayədə qalan tələbələr dəm qazından zəhərləniblər

Sharing is caring!


Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərləniblər.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Naxçıvanda tələbə olan və kirayədə qalan 2004-cü il təvəllüdlü Şərur rayon Kərimbəyli kənd sakinləri Nərmin Kamil qızı Seyidova (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Salatın Hikmət qızı Baxşıyeva (Naxçıvan Texniki Kolleci), Şərur rayon Düdəngə kənd sakini 2006-cı il təvəllüdlü Zəhra Rüzgar qızı İmanova (Naxçıvan Texniki Kolleci) və Şərur rayon Danyeri kənd sakini 2006-cı il təvəllüdlü Sədaqət Məmməd qızı Həsənova dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir