Cəmiyyət

Yarım milyon manata yaxın qızıl oğurlayanlar Ali Məhkəməyə müraciət etdilər

Sharing is caring!


Bakıda vaxtilə usta işlədiyi mənzildən yarım milyon manata yaxın qızıl-zinət əşyalarını oğurlamaqda təqsirləndirilən Babək Səmədov və Tacir Muradovun barələrindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tacir Muradov və Babək Səmədov hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, Babək Səmədov Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllədəki fərdi mənzillərdən birində 2017-2020-ci illərdə təmir işləri aparıb. Həmin zaman mənzildə dəmir seyf olduğunu görüb, ev sahibinin mənzildə külli miqdarda pul saxladığını güman edib. Pulları ələ keçirmək barədə tanışı Tacirlə razılığa gəlib. Onlar cinayətkar niyyətlərini həyata keçirmək üçün bir neçə dəfə həmin ünvana gələrək kənardan müşahidə aparıblar. Oğurluq edəcəkləri vaxtı dəqiqləşdirdikdən sonra isə dəmir seyfi kəsmək üçün avtogen aparatı və digər əşyaları yaxınlıqdakı həyətlərdən birində yerləşdiriblər. 2022-ci il iyunun 30-da gecə saatlarında hasardan aşaraq həyətə keçiblər. Üçmərtəbəli evin qarajındakı pəncərənin dəmir barmaqlıqlarını lomla əydikdən sonra, mənzilə daxil olublar. İkinci mərtəbədəki yataq otağında saxlanılan seyfi özləri ilə gətirdikləri avtogen aparatı ilə kəsiblər. Seyfin içərisində olan 4 min dollar pulu və 439 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıblar.

Zərərçəkmiş ifadəsində onlara dəymiş ziyanın ödənildiyini, oğurlanan əşyaların hamısının geri qaytarıldığını, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, barışdıqlarını göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir