Cəmiyyət

Bakıda “xruşovka”lar sökülür: Sakinlərə 400 manat kirayə pulu və mənzillər veriləcək

Sharing is caring!


Bakının ən böyük rayonunda binalar plana düşüb.

Baku.ws-in əldə etdiyi məlumata görə, söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir.

28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə çoxmərtəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək.

Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri boşaldıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir