Cəmiyyət

Qobu sakini qanunsuz saxladığı odlu silahını polisə təhvil verib

Sharing is caring!


Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə müraciət edən qəsəbə sakini 1980-ci il təvəllüdlü R.Dostalıyev 1998-ci ildə dünyasını dəyişən babası N.Dostalıyevdən qalan müvafiq səbədləri olmayan bir ədəd ov tüfəngini könüllü olaraq bölmə əməkdaşlarına təhvil verib.

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir