Cəmiyyət

DYP: Qaydaları pozan 58 sürücü barəsində tədbir görülüb – FOTO

Sharing is caring!


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istifadəsində olan (050) 800-09-02 “WhatsApp” nömrəsinə bir ay ərzində vətəndaşlarımız tərəfindən dayanma və durma qaydalarını pozan 62 sürücü barəsində fotomateriallar daxil olub, nəticə də 58 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb. Fotolarda dörd avtomobilin nömrə nişanını müəyyən etmək mümkün olmayıb.

“Report” xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O, qeyd edib ki, qayda pozan sürücülərin əksəriyyətinin avtomobillərini səkilərdə və ya avtobus dayanacaqlarında saxladığı müəyyən edilib.

“Sürücülərin bir daha nəzərinə çatdırırıq ki, səkilərdə və müəyyən olunmayan yerlərdə avtomobilləri saxlamaqla piyadaların və digər hərəkət iştirakçılarının hərəkətinə maneə olmasınlar”, – R.Tağıyev əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir