Cəmiyyət

Bərdədə yas mərasimində xəsarət alanların vəziyyəti AÇIQLANDI

Sharing is caring!


Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimi keçirilən evdə döşəmənin çökməsi nəticəsində xəsarət alan iki nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların vəziyyətləri stabildir.

“Digər xəsarət alanlar xəstəxanadan evə buraxılıblar”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, noyabrın 23-də Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb. Hadisə nəticəsində 33 nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir