Cəmiyyət

Salyanda bir gündə iki qəza: Xəsarət alanlar var

Sharing is caring!


Salyanda baş verən yol-nəqliyyat hadisələrində iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, ilk qəza rayonun Çuxanlı kəndində, digəri isə şəhərin Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Yol-nəqliyyat hadisələri zamanı Salyan rayon sakinləri, 1965-ci il təvəllüdlü Bəhruz Musa oğlu Nəzirov və 1972-ci il təvəllüdlü Mahir Dilavər oğlu Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir